Bu il Azərbaycanda 322 nəfər intihar edib
    • 11-09-2021, 09:36
    • 434

Bu il Azərbaycanda 322 nəfər intihar edib

Azərbaycanda cari ildə 300-dən çox intihar hadisəsi baş verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

O, qeyd edib ki, 2021-ci ilin I yarımili ərzində respublikada 239 kişi olmaqla, 322 nəfər intihar edib.

İntihar hadisələrinin 115-i paytaxtda, 207-si isə digər rayon və şəhərlərdə qeydə alınıb. /Report/