Bu il Bakıda yol qəzalarında 80 piyada ölüb
    • 11-09-2021, 11:04
    • 346

Bu il Bakıda yol qəzalarında 80 piyada ölüb

Bu ilin 8 ayında Bakıda baş verən yol qəzaları nəticəsində 80 nəfər ölüb, 107 nəfər xəsarət alıb.

News24.az bunu açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yol qəzalarının 56,4 faizi piyadaların vurulması ilə nəticələnib.

Qeyd edək ki, respublika ərazisində bu ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (-0,5%) fakt, ölənlərin sayı 35 (-10,8%) nəfər, yaralananların sayı isə 3 (-0,4%) nəfər azalıb. /Trend/