“Qafan-Gorus yolu yenidən nəzarətə götürülməlidir” - Şərh
    • 11-09-2021, 16:30
    • 549

“Qafan-Gorus yolu yenidən nəzarətə götürülməlidir” - Şərh

"İrana verilən notaların faydası yoxdur, müəmmalı yüklər ərazimizə qanunsuz daşınmaqda davam edir. Tehran bizi saymırsa, daha kəsərli addımlara ehtiyac var".

News24.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İranın Qarabağa qanunsuz yük daşımalarına münasibət bildirərkən deyib. 

"Qafan-Gorus yolu yenidən nəzarətə götürülməli, İranla ortaq layihələrin yenidən nəzərdən keçiriləcəyi bəyan edilməli, erməni separatçılarına yük daşıyan şirkətlər və onların rəhbərləri müəyyənləşdirilərək Azərbaycana girişləri qadağan olunmalıdır", - deyə politoloq qeyd edib.