Bakıda kişi 26 yaşlı arvadını öldürmək istədi
    • 13-09-2021, 10:06
    • 455

Bakıda kişi 26 yaşlı arvadını öldürmək istədi

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə News24.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.