Səyyad Əlizadə koronavirusa yoluxub
    • 13-09-2021, 13:40
    • 1 177

Səyyad Əlizadə koronavirusa yoluxub

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə müğənninin qohumu Razim Qarayev "Report"a açıqlamasında deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni nəfəs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".