Saatlıda evindən uzaqlaşan koronavirus xəstəsini polis GERİ QAYTARDI
    • 14-09-2021, 09:51
    • 239

Saatlıda evindən uzaqlaşan koronavirus xəstəsini polis GERİ QAYTARDI

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qara Nuru kənd sakini Fərman Məmmədova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq yaşadığı ünvanı tərk edib.

F.Məmmədov rayonun Sarıcalar kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Həmin şəxs barəsində Saatlı RPS-də araşdırmalar aparılır.