Gədəbəyə dolu düşüb
    • 14-09-2021, 11:33
    • 360

Gədəbəyə dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.

Hidrometeoroloji Proqnozlar Bürosundan News24.az-a verilən məlumata görə, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.