Gürcüstandan xain zərbə - Xocalı canisinə abidə qoyuldu
    • 26-01-2019, 16:45
    • 917

Gürcüstandan xain zərbə - Xocalı canisinə abidə qoyuldu

Azərbaycanlılara qarşı qəddarlığı ilə yadda qalan "Kobra” ləqəbli erməni cəlladının abidəsinin Cavaxetiyada açılış mərasimi olub; qanlı 20 Yanvarın ildönümündə reallaşan təxribata Gürcüstandakı Ermənistan səfiri də qatılıb - Bakı hərəkətə keçdi...

Gürcüstandan Azərbaycana qarşı növbəti qeyri-dost, daha dəqiqi, xain addım atılıb. 2019-cu il yanvarın 20-də, yəni Bakıdakı məsum yanvar hadisələrini ildönümündə (!) Gürcüstanın Buqaşen kəndində (Axalkalaki, Cavaxetiya bölgəsi) Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, erməni hərbi canilərindən olan Mixail Avaqyanın büstünün açılışı olub.

Abidənin açılışına öncədən "ciddi hazırlıq işləri” görülüb. Belə ki, mərasimdə Axalkalakinin meri Yurik Unanyan, Gürcüstan parlamentinin erməni deputatları - Enzel Mkoyan və Samvel  Manukyan, habelə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndlərin sakinləri qatılıblar. Mərasimdə Mixail Avaqyanın qızı, oğlu və nəvəsi də iştirak ediblər. Abidənin və uşaq meydançasının inşasının adıçəkilən kəndin mesenatı Qaqik Avakyanın maliyyəsi hesabına həyata keçirildiyi bildirilir.


//YeniMusavat