5-ci siniflərlə bağlı YENİ QƏRAR
    • 16-09-2021, 11:13
    • 471

5-ci siniflərlə bağlı YENİ QƏRAR

"Bu ildən ilk dəfə olaraq 5-ci siniflər üçün "Təbiət" dərsi tədris olunacaq. 132 məktəbdə bu dərsin keçilməsi nəzərdə tutulub. Bu dərs vəsaitində fizika, kimya və coğrafiyanın inteqrasiya olunmuş versiyası ilə qarşılaşacağıq". 

News24.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda baş tutan təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Direktor bildirib ki, bu ildən tədris olunacaq dərsdən uğurlu nəticələr əldə olunacağına ümidlər var: "Bu fənni tədris edəcək müəllimlərə artıq təlimlər keçirilib".