Bu il MİQ-də iştirak üçün rekord sayda müraciət olub
    • 16-09-2021, 16:30
    • 319

Bu il MİQ-də iştirak üçün rekord sayda müraciət olub

"Bu il rekord müraciətlər qəbul etdik. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət etmiş namizədlərin sayı 62 min 242, elektron ərizəsini təsdiq etmiş namizədlərin sayı 60 min 627, test mərhələsində iştirak hüququ olan namizədlərin sayı 59 min 153, test mərhələsində iştirak etmiş namizədlərin sayı isə 46 930 nəfərdir".

News24.az
-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda baş tutan təlimdə İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib.