"Repetitorların fəaliyyəti "kölgə təhsilidir"" - Mehriban Vəliyeva
    • 16-09-2021, 17:24
    • 421

"Repetitorların fəaliyyəti "kölgə təhsilidir"" - Mehriban Vəliyeva

"Ümumtəhsil məktəbləri özəyi qoyur. Şagirdlərin hərtərəfli inkişafı məktəblərdə reallaşır. Tədris prosesini məktəbdə görürəm, onun effektivliyini heç nə ilə əvəz etmək istəmirəm. Repetitorların fəaliyyəti sadəcə"kölgə təhsilidir". Günəş isə məktəblərdir".

News24.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda baş tutan təlimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.