Təhsil Tələbə Kredit Fondunun kapitalı açıqlandı
    • 17-09-2021, 11:12
    • 640

Təhsil Tələbə Kredit Fondunun kapitalı açıqlandı

"Təhsil Tələbə Krediti Fondumuz yaradılıb. İdarə heyəti öz fəaliyyətinə başlayıb. Zəruri xidmətlər hazırlanır. Biz yaxın günlərdə kreditlərin verilməsinə başlayacağıq. Təhsil Tələbə Kredit Fondunun 80 milyon nizamnamə kapitalı var. Təxminən 40 minə yaxın tələbəyə kredit veriləcək. Həm magistr, həm də bakalavr pilləsində təhsil alan tələbələrə kreditlər veriləcək".

News24.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda baş tutan təlimdə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Şöbə müdiri bildirib ki, sosial və standart təhsil kreditləri veriləcək: "Tələbələr 4 il ərzində krediti qaytara bilməsələr, onlara güzəşt ediləcək. Oğlanlara hərbi xidmətə görə, xanımlara isə analıq məzuniyyətinə görə bu güzəştlər ediləcək. Bundan ılavə, 2 il ərzində şəxs iş tapa bilmirsə, yenə də güzəştlər olacaq. Standart krediti isə orta müvəffəqiyyəti olanlar müraciət edə bilər. Bu fondun yaradılması inqilabi dəyişiklikdir".

Təhsil Tələbə Kredit Fondunun fəaliyyətə başlaması üçün alt sistem olmalıdır. Təhsil alan hər bir tələbənin orta müvəffəqiyyət göstəricilərini toplamaq vaxt alan prosesdir. Biz çalışacağıq ki, ən azı Oktyabr ayının əvvəlindən etibarən kreditlərin verilməsinə başlayaq. Portal.edu.gov.az saytına müraciət edərək, tələbələr kreditləri əldə edə biləcəklər.