-
- 17-09-2021, 14:20
- 431
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Azərbaycanda fəaliyyət göstərən universitetlərin hamısının akreditasiyası var və 5 ildən bir yenilənir".
News24.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda baş tutan təlimdə TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov deyib.
Onun sözlərinə görə, xarici ali təhsil müəssisəsinin beynəlxalq akkreditasiyası varsa və şərtlərə cavab verirsə, TKTA həmin universiteti tanıyır: "Kvalifikasiyaların tanınması individual prosesdir. Ola bilsin ki, universitet əladır, ancaq tələbə universitetin şərtlərinə əməl etmirsə, dərslərə qoşulmursa, normativləri yerinə yetirmirsə, diplomu tanınmayacaq.
Bizdə ixtisaslaşmaların məhdudiyyəti var. Ancaq bu TKTA-nın öhdəliyində olan məsələ deyil ki, dəyişiklik etsin. Ancaq qısa müddətdə bəzi ixtisasların tanınması üçün bir format hazırlayacağıq".