"Ölkədə olan ali təhsil ocaqlarının reytinqi ölçülmür" - TKTA sədri
    • 17-09-2021, 13:41
    • 343

"Ölkədə olan ali təhsil ocaqlarının reytinqi ölçülmür" - TKTA sədri

"Ölkədə olan ali təhsil ocaqlarının reytinqi ölçülmür. Bu istiqamətdə fəaliyyətimizi nizamlayacağıq".

News24.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda baş tutan təlimdə TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov deyib.

O bildirib ki, xarici kvalifikasiyaların tanınması üçün 1900 müraciət daxil olub: "Heç bir vətəndaş TKTA-ya sənəd gətirmir. Bunu edə bilər, ancaq zərurət yoxdur. Çünki portal vasitəsilə virtual formada prosesi icra edə bilirlər. Hazırda 24 pilot məktəbdə monitorinq aparılıb. Düşünürəm ki, oktyabr ayından etibarən ictimaiyyətə bu hesabatları təqdim edəcəyik".