-
- 17-11-2018, 15:49
- 1 000
Tanınmış bəstəkar: "Dərmanpulumu versinlər"
Bir çox bəstəkarlar var ki, mahnıları üçün qiymət oxuyurlar.
Bəzi bəstəkarlar bunu normal saymasa da, bəstəkar Nailə Mirməmmədli hesab edir ki, hər işin maddi qazancı da olmalıdır. Bu barədə açıqlama verən bəstəkar mahnılarına ödənilən ən yüksək qonorardan da danışıb: “Mahnı üçün ürək qoyuram və təbii ki, mahnılarım müğənnilər tərəfindən həmişə qiymətləndirilib. Mahnım olub ki, onun üçün 8-10, hətta 15 min qonorar ödəyiblər. Elə mahnılarım da olub ki, səsi olmayan müğənni ifa etmək istəyib. Dinləmişəm, görmüşəm ki, oxuya bilmir, geri almışam. Özlərinə də demişəm ki, heç olmasa dərman pulumu da verin ki, siz o mahnıları oxuyanda ürək ağrılarımı kəsmək üçün dərman ala bilim. Çünki mahnılarım pis günə qoyulsa, səhhətim buna dözməz. Brilliant Dadaşova, Röya və digər bir neçə müğənni üçün yazdığım mahnılar var ki, onları heç kimə göstərmirəm. Vaxtı çatınca bir-bir götürüb ifa edəcəklər. O mahnılar üçün başqaları lap 100 min də ödəsələr, vermərəm”.
//Yenicag.az