"Zövqlü insanların zövqünü oxşamağa çalışırıq" - Azərbaycanlı bəstəkar - FOTOLAR
    • 19-09-2018, 16:16
    • 1 215

"Zövqlü insanların zövqünü oxşamağa çalışırıq" - Azərbaycanlı bəstəkar - FOTOLAR

Bəstəkar-müğənni Pərviz Mahmudov yeniliklərindən danışıb. 

News24.az-a açıqlama verən P.Mahmudov yeni mövsümdə təqdim edəcəyi bəstələrdən söz açıb:

"Mahnılar hazırda aranjimandadır. Yeni mövsümdən təqdim edəcəyik. Dinləyicilər bəstələrimi xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, müğənnilər Günay İbrahimli və Sevda Yahyayevanın ifasında eşidəcəklər. Hər zaman olduğu kimi, zövqlq dinləyicinin zövqünü oxşamağa çalışırıq".

Teymur Məmmədov