-
- 19-09-2021, 10:41
- 680
Paşinyan Rusiya dronlarına ümid edir, amma...
Ermənistanın baş naziri Nikol Paşiyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədəki sammitində çıxış edərkən üzv ölkələrə birgə hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalını təklif edib. Təşkilatda sədrlik Ermənistana keçib və Paşinyan özlüyündə yeni ideyalar ortaya atmağa çalışır. Bunlardan biri də “birgə dron istehsalı”dır.
News24.az-ın məlumatına görə, Paşinyanın təklifinə münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdən yalnız Rusiya pilotsuz uçuş aparatı istehsal edir:
“Rusiya istehsal etdiyi “Orion” pilotsuz uçuş aparatlarının texnologiyasını heç kimlə, hətta müttəfiqləri ilə bölüşməyi planlaşdırmır. Hərbi ekspertlər “Orion” haqqında yüksək fikirdə deyillər. Rusiya açıq-aşkar pilotsuz uçuş aparatlarının istehsalında və satışında Türkiyədən geri qalır. Əslində bu amil Rusiyanın imicinə zərbədir. Çünki, Rusiya hərbi texnika istehsalına görə dünya liderləri arasındadır, ancaq müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatları istehsal etmək ağıllarına gəlməyib, zamanlarını, pullarını və enerjilərini Amerika ilə yarışda uzaq və orta mənzilli raket istehsalına xərcləyiblər. Halbuki, Türkiyənin “Bayraqdar”ları Rusiyanın Ermənistana ötürdüyü bahalı tankları yerlə-yeksan etdi.
Buna baxmayaraq, İrəvan ümid edir ki, Rusiya dron istehsalını gücləndirəcək və pilotsuz uçuş aparatları ilə Ermənistan ordusunu da təchiz edəcək. Bu istisna deyil. Əgər Rusiya beynəlxalq anlaşmalara zidd olaraq Ermənistanı “İsgəndər” raketləriylə təhciz etdisə, pilotsuz uçuş aparatları da ötürə bilər. Ancaq ona qədər Türkiyə bu sahədə daha çox irəli gedəcək və yeni silahlarıyla Azərbaycanla da paylaşacaq”.
Siyasət şöbəsi