Şəhid anaları Şuşada - FOTO
    • 19-09-2021, 13:02
    • 780

Şəhid anaları Şuşada - FOTO

Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub.

News24.az-ın məlumatına görə, ziyarətçilər arasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun və Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası da olub.

Səfərdən fotoları aparıcı Lalə Azərtaş sosial şəbəkədə paylaşıb. 

Xatırladaq ki, Polad Həşimovun anası Səmayə Həşimova Şuşanın işğaldan azad olunması ilə oğlunun qisasının alındığını və ən böyük arzusunun Şuşanı ziyarət etmək olduğunu bildirmişdi.