Rusiyada universitetə silahlı basqın edən TƏLƏBƏ SAXLANILDI - YENİLƏNDİ
    • 20-09-2021, 12:19
    • 1 071

Rusiyada universitetə silahlı basqın edən TƏLƏBƏ SAXLANILDI - YENİLƏNDİ

Rusiyanın Perm şəhərindəki Dövlət Milli Tədqiqatlar Universitetində pnevmatik silahdan açılan atəş nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, ölənlərin və zərərçəkənlərin sayı dəqiqləşdirilir.

Hücum edən şəxs saxlanılıb, onun həmin universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov olduğu bildirilir.

*** 12:12

Rusiyada Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı artıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, son rəqəmlərə görə, ölü sayı 8-ə çatıb.

Hadisəni törədən şəxsin saxlanılma zamanı yaralandığı bildirilir. 

*** 11:45
Rusiyada universitetə silahlı basqın olub.

News24.az xəbər verir ki, Perm Dövlət Universitetindəki silahlı atışma nəticəsində 5-ə yaxın tələbənin öldüyü və 10-dan çox yaralının olduğu bildirilir. 

Silahlı basqın tələbələr arasında təlaşa səbəb olub və onlar özlərini pəncərələrdən atıblar. 

Silahlı şəxsin saxlanıldığı bildirilir.