Metroda həyəcan - Sərnişinin halı pisləşdi - VIDEO
    • 20-09-2021, 13:33
    • 405

Metroda həyəcan - Sərnişinin halı pisləşdi - VIDEO

Bu gün Bakı metrosunda problem yaşanıb. 

News24.az Baku.ws-ə istinadən xəbər verir ki, “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyası istiqamətində qatar tuneldə qalıb. Nəticədə sərnişinlər arasında narahatlıq yaranıb. Sərnişinlərdən birinin halı pisləşib. Onu digər sərnişinlər kömək ediblər.

Bundan başqa, həmin istiqamətdə hərəkət edən qatarlarda gecikmələr olub.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirdi ki, metroda sınaq qatarı xətdə olub. Lakin ətraflı məlumat araşdırmalardan sonra veriləcək.