Rusiyada MATƏM elan edildi - TƏHSİL DAYANDIRILDI
    • 20-09-2021, 16:30
    • 398

Rusiyada MATƏM elan edildi - TƏHSİL DAYANDIRILDI

Rusiyada 21 sentyabr matəm günü elan olunub. 

News24.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Perm vilayətinin qubernatoru Dimitri Maksonin açıqlayıb.

O bildirib ki, Dövlət Milli Tədqiqatlar Universitetində baş verən faciə ilə bağlı bütün qurumlarda təhsil prosesləri dayandırılıb: 

Qeyd edək ki, Timur Bekmansurov adlı şəxsin tələbələrə atəş açması nəticəsində 8 nəfər həlak olub, 28 nəfər yaralanıb.