Qazaxıstanda koronavirusun "Eta" ştammı aşkarlandı
    • 21-09-2021, 10:38
    • 262

Qazaxıstanda koronavirusun "Eta" ştammı aşkarlandı

Qazaxıstanda COVID-19-un "Eta" ştammı aşkarlanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Digər adı "Nigeriya” ştammı olan COVID-19 növünün simptomları "Alpha" və "Beta" ştamlarının əlamətləri ilə eynidir.

Əsas əlamətlər yüksək temperatur, öskürək, iybilmə və dadbilmə qabiliyyətinin itirilməsidir. Eyni zamanda da xəstəliyin ağır keçməsi kimi hallar müşahidə olunur.