AFFA İsgəndər Cavadovu TƏBRİK ETDİ
    • 21-09-2021, 13:12
    • 313

AFFA İsgəndər Cavadovu TƏBRİK ETDİ

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovla görüşüb.

News24.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov 65 illik yubileyi münasibətilə Cavadovu AFFA rəhbərliyi adından təbrik edib.

Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub. İsgəndər Cavadov göstərilən diqqətə görə minnətdarlığını bildirib.