Bakıda şirkətdən oğurluq edən şəxslər tutuldu
    • 23-09-2021, 13:29
    • 333

Bakıda şirkətdən oğurluq edən şəxslər tutuldu

Bakıda şirkətdən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiklərinə görə tutulan - S.Rəşidovun və T.Rəşidovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi və 5-ci Polis Bölmələrinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların müxtəlif vaxtlarda rayon ərazisindəki daha 3 binanın liftlərinin hissələrini və “Bakı Telefon Rabitəsi” MMC-yə məxsus 90 metr kabeli oğurlamaları da müəyyən edilib.