-
- 23-09-2021, 14:05
- 354
"Aqro SMM" layihəsi öz işinə başladı - Foto
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, “Zirə Mədəniyyət Mərkəzi”nin və “Prior Leasing” ASC-nin dəstəyi ilə “Aqro SMM” layihəsi başlayıb.
News24.az xəbər verir ki, ayihənin açılış mərasimində “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Surxay Novruzov, “Zirə Mədəniyyət Mərkəzi”nin icraçı direktoru Elnur Sadiqov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin şöbə müdiri Ləman İsgəndərova və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev çıxış edib.
Layihənin ilk günü Firdovsi Fikrətzadə “Ərzaq təhlükəsizliyi”, Surxay Novruzlu “Meyvəçilik”, “Aqrar Tədqiqatlar Mərkəzi”nin Tədqiqatlar departamentinin müdiri Pərviz Əliyev “Aqrar sahənin dayanıqlı inkişafı” mövzusunda nəzəri bilikləri və təcrübələrini iştirakçılarla bölüşüb.
Qeyd edək ki, “Aqro SMM” layihəsi 4 modul – kənd təsərrüfatı, jurnalistika, sosial media və marketinq üzrə müəyyən edilən təlimlərlə davam edəcək.
İştirakçılar aqrar sahə üzrə SMM bacarıqlarının inkişafı istiqamətində nəzəri və praktiki biliklərini təcrübə proqramı zamanı real iş mühitində tətbiq edəcəklər.