Şəhid övladları "Xudayar təsnifi"ni Şuşada oxudu - VİDEO
    • 24-09-2021, 17:31
    • 684

Şəhid övladları "Xudayar təsnifi"ni Şuşada oxudu - VİDEO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

News24.az xəbər verir ki, şəhid övladlarının könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuması hər kəsi kövrəldib. Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olundu. Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpiblər, dualar oxuyublar.