Oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək
    • 24-09-2021, 17:54
    • 724

Oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək

2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda qoyulan qadağa ləğv edilir.

Bu barədə News24.az-a Operativ Qərargahdan məlumat verilib.

Həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunub.