"Soliton"un kredit şöbəsinin əməkdaşı döyülüb
    • 19-11-2018, 11:39
    • 1 093

"Soliton"un kredit şöbəsinin əməkdaşı döyülüb

"Soliton" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.

Hadisə Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəyi ilə xəstəxanaya çatdırılıb. 
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

//Report