Sumqayıtda qayınata gəlinini döydü
    • 30-03-2019, 19:43
    • 1 103

Sumqayıtda qayınata gəlinini döydü

Sumqayıt şəhərində ailə münaqişəsi zəmnində qayınata gəlini döyərək xəstəxanalıq edib.

News24.az
bildirir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Nemətova Ülviyyə İlqar qızı yaşadığı 1 mk,Ev 128/34, mənzil 15-də ailə münaqişəsi zəmnində, öz qaynatası tərəfindən döyülüb. 32 yaşlı gəlin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.

İlkin tibbi müayinədən sonra Ülviyyə Nemətova evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.