General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edildi
    • 28-09-2021, 12:22
    • 479

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edildi

Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

News24.az
xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.

Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib. /Report.az/