Gürcüstanın Baş naziri Azərbaycana gəlir
    • 28-09-2021, 13:03
    • 427

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Sabah Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Qeyd edək ki, sabahkı iclas komissiyanın sayca səkkizinci toplantısı olacaq. Hər iki ölkənin baş nazirlərinin həmsədr olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci il dekabrın 20-də Tbilisidə baş tutub.