-
- 23-09-2021, 16:09
- 478
Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edildi
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilib.
News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri birgə komissiyanın tərkibinə əlavə edilib.
Xarici İşlər Nazirliyinə Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.