Heydər Əliyev Fondu jurnalist Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
    • 28-09-2021, 13:55
    • 386

Heydər Əliyev Fondu jurnalist Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti nəzarətə götürüb.

News24.az xəbər veirr ki, bu barədə onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.

O qeyd edib ki, E.Əşrəfoğlunun müalicəsi Yeni Klinikada davam edəcək.

Xatırladaq ki, koma vəziyyətində olan jurnalist hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. /Report.az/