"Soruşdum səndən nə qədər qan ala bilərəm, dedi, huşumu itirənə qədər"- CƏBHƏ XATİRƏLƏRİ
    • 28-09-2021, 15:00
    • 394

"Soruşdum səndən nə qədər qan ala bilərəm, dedi, huşumu itirənə qədər"- CƏBHƏ XATİRƏLƏRİ

Vətən Müharibəsinin bir ili tamamlandı. Amma o qürurlu günlərin xatirəsi, təəssüratı heç zaman köhnəlməyəcək. Hər zaman yaddaşlarda, xatirələrdə təzələnəcək. İnsanlar gördükləri, eşitdikləri cəbhə xatirələrini bu günki kimi sosial şəbəkələrdə paylaşacaqlar.

News24.az bu xatirələrdən daha birini izləyiciləri ilə paylaşır. Bu təəssüratın müəllifi cərrah, Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehtiyevdir: "Şirin adlı bir yaralımız vardı. Müharibənin son günü qarın boşluğunda həddən artıq qanaxma ilə gətirilmişdi. Bir dəfə əməliyyatla xilas etdik. Səhərə yaxın yenidən qanaxma başladı. Doğrudur, qan ehtiyatımız çox idi. Amma Şirinin bədənində qan qalmamışdı. Odur ki, birbaşa təzə qan lazım idi. Hospitalın önündə isə həmişə vətəndaşlarımız kömək üçün toplanırdı. Bağçaya çıxıb 2-ci qrup qan lazım olduğunu deyəndə insan seli üstümüzə gəldi. Xalqımızın o birliyini heç vaxt unutmayacam. Hətta bir nəfərdən soruşdum, sizdən nə qədər qan ala bilərəm? Dedi, huşumu itirənə qədər".