Bakıda mənzildə kişi MEYİTİ TAPILDI
    • 29-09-2021, 14:44
    • 346

Bakıda mənzildə kişi MEYİTİ TAPILDI

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.