Bakıda mənzildən 81 yaşlı şəxsin meyiti tapıldı
    • 19-05-2021, 09:11
    • 317

Bakıda mənzildən 81 yaşlı şəxsin meyiti tapıldı

Bakıda mənzildən kişi meyiti tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Həsənov Rafael Hüseynbala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.