Polad Həşimovun qızı ilk dərs günü atasının məzarını ZİYARƏT ETDİ - FOTO/VİDEO
    • 29-09-2021, 16:23
    • 805

Polad Həşimovun qızı ilk dərs günü atasının məzarını ZİYARƏT ETDİ - FOTO/VİDEO

Milli qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günü atasının məzarını ziyarət edib.

News24.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin "Müalicə işi” fakültəsinə qəbul olan Aybənizin ilk dərs günü ağ xalatda II Fəxri Xiyabanda atasının məzarını ziyarət etməsi rəğbətlə qarşılanıb. 

Şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimovun arzularından biri də qızı Aybənizi həkim görmək olub.