Bakının mərkəzində uşaqlar üçün cəngəllik – “Amazon Kids Zone” – FOTOLAR – VİDEO
    • 19-11-2018, 17:17
    • 3 195

Bakının mərkəzində uşaqlar üçün cəngəllik – “Amazon Kids Zone” – FOTOLAR – VİDEO

Bakıda Kazım Kazımzadə küçəsində yerləşən (Zoo Parkın yanı) “Amazon Kids Zone” uşaqlar üçün əsl əyləncə mərkəzidir.

Məkan uşaqlara paytaxtda cəngəllik ab-havası yaşadır.

“Amazon Kids Zone” məşhurların da seçimidir. Ötən həftə məkanda baş tutan təqdimata tanınmış simalar, əməkdar artist Elza Seyidcahan nəvəsi ilə, müğənni Emil Bədəlov, rəqqasə Renka Ağamuradova övladları və aktrisa Şəhanə Yusifova bacısı qızı ilə qatılıb.

Məkanda həm də restoran fəaliyyət göstərir ki, burada uşaqlarınız Amazon cəngəlliyini, dinozavrları kəşf etdiyi zaman siz, isti və soyuq içkilərdən, dadlı təamlardan dada bilərsiniz.

“Amazon Kids Zone”nun PR meneceri məkan haqda ətraflı məlumat verib:

“Bizdə uşaqlarla yanaşı böyüklər üçün də atraksionlarımız var. Məhz bu səbəbdən bütün valideynləri həm övladlarının həm də öz asudə vaxtlarını səmərəli və əyləncəli keçirmək üçün “Amazon Kids Zone”na dəvət edirik”.

Ünvan: Kazım Kazımzadə küçəsi (Zoo Parkın yanı)
Əlaqə: (012) 488 1548 / 050) 207 51 11
İnstagram: 
amazon_kidss

Teymur MƏMMƏDOV

FOTO/VİDEO: Nurlan GÜLMƏMMƏDOV