Goranboyda avtomobillər toqquşdu
    • 2-10-2021, 13:51
    • 308

Goranboyda avtomobillər toqquşdu

Goranboy rayonunun Ağamalıoğlu kəndində “BАЗ” markalı iki minik avtomobili toqquşub.

Bu barədə News24.az-a fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəza nəticədə avtomobillərdən birinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.