Millimizin müdafiəçisi əməliyyat olundu
    • 2-10-2021, 15:49
    • 385

Millimizin müdafiəçisi əməliyyat olundu

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov əməliyyat olunub.

News24.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi rsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” ilə keçirilən matçın 20-ci dəqiqəsində zədələnərək əvəzlənən millimizin müdafiəçisi Almaniyada uğurlu əməliyyat keçirib. 

26 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq.