Bərdədə çətənə kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

Bərdədə çətənə kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı
KRİMİNAL

3-10-2021, 15:39

Mətn ölçüsü

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər uğurla davam etdirilir. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tədbirlər çərçivəsində xidməti ərazidə kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mustafaağalı kənd sakini Ədalət Aslanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çəkisi 165 kiloqramdan artıq olan 24 ədəd çətənə bitkisi və çəkisi 3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.