“Xaş-xaş-2021” əməliyyatının yeni ünvanı Bərdə oldu
    • 17-07-2021, 18:12
    • 612

“Xaş-xaş-2021” əməliyyatının yeni ünvanı Bərdə oldu

Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
 
News24.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Alaçadırlı kənd sakini, əvvəllər məhkum edilmiş Əli Məmmədov saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 61 kiloqrama yaxın 144 ədəd çətənə bitkisi və 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
 
Faktla bağlı Bərdə RPŞ-də  araşdırmalar davam etdirilir.