Yevlax sakininin həyətində 13 ədəd çətənə kolu aşkarlandı
    • 16-07-2021, 11:37
    • 647

Yevlax sakininin həyətində 13 ədəd çətənə kolu aşkarlandı

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, bu istiqamətdə Yevlax Rayon Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini Məhəmməd Məmmədov saxlanılıb. M.Məmmədovun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 42 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.