Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 1 il ötür
    • 4-10-2021, 08:00
    • 469

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 1 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raket hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib, yaşayış evlərinə, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Gəncə şəhəri OTR-21 TOÇKA ballistiк raкeti ilə vurulub.

Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum olub.

Həmin dövrdə Qondarma Dağlıq Qarabağ rəhbərliyi yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürüb.

Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanılıb.