Azərbaycanda koronavirusa yoluxma ilə bağlı YENİ STATİSTİKA
    • 4-10-2021, 10:12
    • 278

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı YENİ STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

News24.az xəbər verir ki, ölkədə virusa yoluxanların 54,2 faizi Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13,4 faiz, Aranda 12,1 faiz, Gəncə-Qazaxda 7 faiz, Şəki-Zaqatalada 3,6 faiz, Quba-Xaçmazda 3 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,3 faiz, Yuxarı Qarabağda 1,5 faiz, Naxçıvan Muxtar Respublikasında 0,7 faizdir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 faiz təşkil edir.