"Heyvanları qorumaqla, həm də insanlığımızı qorumuş oluruq!" - Ruhi Əliyeva
    • 4-10-2021, 11:16
    • 481

"Heyvanları qorumaqla, həm də insanlığımızı qorumuş oluruq!" - Ruhi Əliyeva

"İnsanları tanıdıqca heyvanları daha çox sevməyə başladım"- Bu cümləni eşidincə çox təəccübləndim, həm də məyus oldum. Dedim, axı, insan Allahın yaratdığı ən ali varlıqdır... Sonra məhz bu ali varlıq olan insan tərəfindən başı, ayağı kəsilən, suya atılan, diri-diri bişirilən və müxtəli şiddətə məruz qalan heyvanları gördükcə, əfsus, bu sözdə bir az həqiqət payı var, dedim..."

News24.az
xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva "İnstagram" hesabında Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı yazıb. O, hər kəsi heyvanları, xüsusi ilə sahibsizləri qorumağa çağırıb: "İnsan olduğumuzu unutmayaq. Tanrı bizi yaşayıb, yaratmaq üçün yaradıb. Bütün canlıların da yaşamaq hüququ var. Bu hüququ onların əlindən almayaq! Heyvanları qorumaqla bərabər, həm də insanlığımızı qorumuş oluruq!"