Gürcüstanda azərbaycanlı ailənin həyətinə qumbaralar atılıb
    • 4-10-2021, 11:27
    • 248

Gürcüstanda azərbaycanlı ailənin həyətinə qumbaralar atılıb

Gürcüstanda Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qabal kəndində Məmmədovlar ailəsinin yaşayış evinin həyətinə iki əl qumbarası atılıb.

Hadisə zamanı həyətdəki avtomobilə ziyan dəyib.
İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.
Hadisəyə kənd bazarında payla bağlı mübahisənin səbəb olduğu bildirilir. /Report/