Daha bir həkim koronavirusdan vəfat etdi
    • 4-10-2021, 15:54
    • 393

Daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

News24.az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirov COVID-19-dan dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, həkim bu gün səhər saatlarında vəfat edib. 

Qeyd edək ki, A. Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.