Diqqət: OLAY gəlir - VİDEO
    • 4-10-2021, 16:53
    • 1 289

Diqqət: OLAY gəlir - VİDEO

Bu gündən etibarən Azərbaycanda yeni xəbər portalı fəalliyyətə başlayır.

News24.az xəbər verir ki, OLAY.az internet qəzeti “Liatris Holding”in tərkibində 2021-ci ilin oktyabrın 4-dən xəbər istehsal etməyə  başlayan və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

www.olay.az saytında Azərbaycanın mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılacaq.

Bundan başqa, internet qəzetdə şou, mədəniyyət, dəb, əyləncə, gözəllikdən bəhs edən müsahibələr, reportajlar, bloq yazıları işıqlandırılacaq. Portal tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yaymağı qarşısına məqsəd qoyub.

OLAY-ın əməkdaşları tanınmış şou və mədəniyyət yazarları Elvin Elxan və Pərviz Hüseyndir. Komandaya tanınmış fotoqraf Nuran Məmmədov da cəlb edilib.

News24.az olaraq həmkarlarımızı təbrik etmək üçün qapılarını döydük və təəssüratlarını öyrəndik. 

Görüntüləri təqdim edirik: