Bakıda gecə evə basqın - Ər və arvad yatan yerdə bıçaqlandı - FOTOLAR
    • 7-10-2021, 13:25
    • 887

Bakıda gecə evə basqın - Ər və arvad yatan yerdə bıçaqlandı - FOTOLAR

Bakıda evə basqın olub.

News24.az-a daxil olan məlumata görə, hadisə oktyabrın 3-ü gecə saatlarında Qaradağ rayonu, Şıxlar qəsəbəsində baş verib.

Gecə 3-4 radələrində evin qapısının açıq olduğunu görən qarətçilər bundan istifadə edərək içəri daxil olublar. Bundan sonra isə ev sahibi 68 yaşlı Babasəməd Məmmədova yatdığı yerdə baş nahiyəsinə zərbələr endirməyə başlayıblar və ona 8 bıçaq zərbəsi vurublar. 

Eyni zamanda da Babasəməd Məmmədovun həyat yoldaşı da əlindən 2 bıçaq zərbəsi alıb. 

Evə başqın edən şəxslər hadisə yerindən qaçıblar.

Cinayət zamanı istifadə olunan bıçaq tapılaraq maddi sübut kimi götürülüb.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fakt üzrə intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.